Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Bizim.Media xəbər verir ki, iclasda Misli Premyer Liqasının 7-ci turunda "Qəbələ" - "Qarabağ" oyununda qonaq komandanı baş məşqçisi Qurban Qurbanovun qırmızı vərəqə alması ilə bağlı da qərar verilib.
Belə ki, Qurbanov 2-ci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Qarabağ” 1000 manat cərimə edilib. O, Premyer Liqada növbəti turda - sentyabrın 29-da "Sumqayıt"la "Azərsun Arena"dakı matçda "texniki zona"da ola bilməyəcək.
“Qarabağ”ı futbolçusu Kevin Medina isə Qəbələdəki görüşdə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, klubu 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
14:35 / 27.09.2023
AFFA-dan Qurban Qurbanova 1 oyunluq CƏZA
Hazırda oxunan: AFFA-dan Qurban Qurbanova 1 oyunluq CƏZA
Hazırda oxunan: AFFA-dan Qurban Qurbanova 1 oyunluq CƏZA
157229
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.