Azərbaycan kiberidmançısı 2-ci dəfə Avropa çempionu oldu - FOTO

Azərbaycan kiberidmançısı 2-ci dəfə Avropa çempionu oldu - FOTO

Hazırda oxunan: Azərbaycan kiberidmançısı 2-ci dəfə Avropa çempionu oldu - FOTO

157217

Azərbaycan kiberidmançısı Həmid Mustafayev Avstriyanın paytaxtı Vyanada “Mortal Kombat 1” oyunu üzrə keçirilmiş “Viennality 2k23” birinciliyində qalib olub.

Bizim.Media xəbər verir ki, final mərhələsində “MK_Azerbaijan” təxəllüsü ilə çıxış edən H. Mustafayev böyük britaniyalı rəqibi Aaron Deyvisi məğlub edərək ikinci dəfə Avropa çempionu adını qazanıb.

Qeyd edək ki, “Mortal Kombat 1” oyununun rəsmi təqdimatı sentyabrın 14-də baş tutub. Azərbaycan təmsilçisi iki həftə ərzində məşq edərək qələbəyə nail olmağı bacarıb.

“Cyber Athletics Azerbaijan” komandasının üzvü olan Həmid Mustafayevin qələbəsini həm canlı, həm də internet vasitəsilə izləyənlərin sayı yüz minə yaxın olub.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO