Serbiyanın məşhur klubu Renat Dadaşovu transfer ETMƏK İSTƏYİR 

Serbiyanın məşhur klubu Renat Dadaşovu transfer ETMƏK İSTƏYİR 

Hazırda oxunan: Serbiyanın məşhur klubu Renat Dadaşovu transfer ETMƏK İSTƏYİR 

157086

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Avropanın bir çox klublarının maraq dairəsindədir.  

Bizim.Media xəbər verir ki, hazırda icarə əsasında "Hatayspor"da oynayan forvardın xidmətində maraqlı olanlardan biri də Avropada yetərincə tanınmış klubdur.  

Belə ki, Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan "Srvena Zvezda"nın məşqçilər korpusu Renatı diqqətdə saxlayır.  

Onlar yaya qədər millimizin hücumçusunu izləyəcək. Əgər performansından razı qalsalar, transfer üçün "Qrasshopper"lə danışıq aparacaqlar. 

Qeyd edək ki, Renat müqavilə ilə İsveçrə klubuna məxsusdur. O, iki həftə əvvəl "Hatayspor"a bir illik icarəyə verilib.   

Xatırladaq ki, "Srvena Zvezda" ÇL-in G qrupunda "Yanq Boyz", "Mançester Siti" və "Leyptsiq"lə mübarizə aparır. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO