Türkiyə millisinin yeni baş məşqçisi bəlli oldu

Türkiyə millisinin yeni baş məşqçisi bəlli oldu

Hazırda oxunan: Türkiyə millisinin yeni baş məşqçisi bəlli oldu

156415

Türkiyə milli komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.  

Bizim.Media xəbər verir ki, "ay-ulduzlular"ı Vinçenso Montella çalışdıracaq. Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.  

İtaliyalı mütəxəssis Türkiyə yığmasının baş məşqçisi postunda dünən istefaya göndərilən Ştefan Kuntsu əvəz edib.  

Qeyd edək ki, Vinçenso Montellanın son iş yeri "Adana Demirspor" olub. O, 2022/2023 mövsümü bitdikdən sonra Super Liqa təmsilçisindən ayrılıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO