Albaniyada ölkə çempionatında 4-cü turun oyunları keçirilib.
Bizim.Media xəbər verir ki, Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatiya” səfərdə “Partizani” klubu ilə qarşılaşıb.
Matç 1:1 hesabı ilə yekunlaşıb.
İsgəndərli meydana start heyətində çıxıb və 72-ci dəqiqədə əvəzlənib. O, sarı vərəqə ilə cəzalandırılıb. "Enqatiya"nın futbolçusu hesab 1:1 olarkən, penaltidən yararlana bilməyib.
Hazırda “Eqnatiya” yeddi xalla ikincidir.
Rəşad Rafiqoğlu, Bizim.Media