“Sumqayıt”ın baş məşqçisi bu futbolçunu komandadan uzaqlaşdırdı

“Sumqayıt”ın baş məşqçisi bu futbolçunu komandadan uzaqlaşdırdı

Hazırda oxunan: “Sumqayıt”ın baş məşqçisi bu futbolçunu komandadan uzaqlaşdırdı

154441

"Sumqayıt"ın legioneri Stiven Pereyra əsas komandadan uzaqlaşdırılıb.  

Bizim.Media xəbər verir ki, baş məşqçi Samir Abasovun istəyinə uyğun olaraq Kabo Verdedən olan müdafiəçi əvəzedici komandada məşqlərə çıxır.  

O, məhz bu səbəbdən komandasının yeni mövsüm arxada qaçan 4 matçında 1 dəqiqə belə şans qazanmayıb. Arxa xətt oyunçusuna bildirilib ki, yeni klub tapsa, buradan ayrıla bilər.  

29 yaşlı futbolçu 2022-ci ildən "Kimyaçılar"da çıxış edir. Klubla 2024-cü ilə qədər müqaviləsi olan Pereyra arxada qalan müddətdə 23 oyun keçirib və 1 qol, 1 asistlə yadda qalıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO