De Byazi: “Yaxşı oyun göstərdik”

De Byazi: “Yaxşı oyun göstərdik”

Hazırda oxunan: De Byazi: “Yaxşı oyun göstərdik”

154437

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi AÇ-2024-ün seçmə mərhələsində Belçika ilə keçirilən oyundan sonra mətbuat konfransında iştirak edib.  

Bizim.Media xəbər verir ki, italiyalı mütəxəssis “Dalğa Arena”da 0:1 hesabı ilə məğlub olduqları görüşlə bağlı düşüncələrini bölüşüb:  

“Ağır oyun olsa da, 90 dəqiqə ərzində ağıllı çıxış etdik. Yenə də çox şeyi inkişaf etdirməliyik. Topu irəli vurmamalı, yerlə oynamalıyıq. İmkan olduqca da qol vurmalıyıq.  

Düşünürəm ki, yaxşı oyun göstərdik. Bundan da artığına nail ola bilərdik. AFFA prezidenti matçdan sonra uşaqlarla görüşdü, hamıya təşəkkürünü bildirdi. Komandadan razı qaldığını dedi. Bu sevindirici haldır”.  

67 yaşlı çalışdırıcı meydana ehtiyatdan daxil olanlardan da razılıq bildirib:  

“Əvəzlənənlər artıq yorulmuşdular. Ümumilikdə bütün komanda xoşuma gəldi. Belə oyunda əvəzetmədən meydana girdikdən sonra oyuna qoşulmaq çətin məsələdir. Əsas odur ki, belə vəziyyətdə oyun səviyyəsi aşağı düşməsin”.  

Rahil Məmmədovun çıxışından razı qalan baş məşqçi digər müdafiəçi Amin Seydiyevin “23-lük”dən kənarda qalmasının səbəbini də açıqlayıb:

“Amin Seydiyev bizimlədir. Sadəcə, başqa xarakterli oyunçular lazım idi. Çünki belçikalı futbolçular fiziki cəhətdən güclüdürlər. Rahil Məmmədovun isə təcrübəsi bizə lazım idi. Çempionatın bütün matçlarında iştirak edir. Bu gün də yaxşı çıxış etdi”.  

Canni De Byazi doğru yolda olduqlarını vurğulayıb:

“Bu gün meydanda yaxşı oyun sərgilədik. Belə rəqiblə mübarizə apara bildiyimizi göstərdik. Bu gün Emil Səfərov kimi yeni futbolçu meydana daxil oldu. Bu, gələcəyə doğru yaxşı addımdır. Nəyəsə nail olmaq üçün təcrübələrdən keçməlisən. Nəzərə alaq ki, futbolçuları Avropanın top-klublarında çıxış edən güclü komandalara qarşı oynayırıq”. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO