Avropa çempionatının ilk günündə 7 cüdoçumuz mübarizə aparacaq - FOTO

Avropa çempionatının ilk günündə 7 cüdoçumuz mübarizə aparacaq - FOTO

Hazırda oxunan: Avropa çempionatının ilk günündə 7 cüdoçumuz mübarizə aparacaq - FOTO

154053

Bu gün Niderlandın Haaqa şəhərində gənc cüdoçular arasında Avropa çempionatına start veriləcək.

Bizim.Media xəbər verir ki, yarışın ilk günündə Azərbaycan milli komandasının 7 üzvü tatamiyə çıxacaq.

Oğlanlar arasında Nizami İmranov (60 kiloqram), Nicat Nağıyev və Aydın Rzayev (hər ikisi 66 kiloqram) qüvvəsini sınayacaq.

Qız cüdoçulardan isə Könül Əliyeva, Vüsalə Hacıyeva (hər ikisi 48 kiloqram), Aydan Vəliyeva (52 kiloqram) və Fidan Əlizadə (57 kiloqram) mübarizəyə qoşulacaq.

Qeyd edək ki, yarış Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO