“Sabah” Kiyev “Dinamo”sunun futbolçusunu TRANSFER ETDİ 

“Sabah” Kiyev “Dinamo”sunun futbolçusunu TRANSFER ETDİ 

Hazırda oxunan: “Sabah” Kiyev “Dinamo”sunun futbolçusunu TRANSFER ETDİ 

153937

“Sabah” daha bir futbolçunun keçidini rəsmiləşdirib.  

Bizim.Media xəbər verir ki, yamaykalı vinger Kahim Parris Ukraynanın “Dinamo” (Kiyev) klubundan icarəyə götürülüb.  

İcarə müqaviləsinin müddəti cari mövsümün sonuna kimidir. Anlaşmaya əsasən, "Sabah" mövsümün sonunda 23 yaşlı futbolçunu transfer etmək hüququna malik olacaq.  
Kahim karyerası ərzində Yamaykanın “Kavalier” (2017-2019), Sloveniyanın “Domjale” (2019/2020), “Krka” (2020-2021), “Koper” (2021-2022) klublarında çıxış edib. Futbolçu 2022-ci ildən Ukraynanın “Dinamo” (Kiyev) klubunun üzvüdür. Yamayka millisinin də üzvü olan vinger yığmada 10 matç keçirib. 
Parris “Sabah”da 28 nömrəli formada çıxış edəcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO