Rusiyalı futbolçunun “Neftçi”yə keçidi rəsmiləşdi – VİDEO   

Rusiyalı futbolçunun “Neftçi”yə keçidi rəsmiləşdi – VİDEO   

Hazırda oxunan: Rusiyalı futbolçunun “Neftçi”yə keçidi rəsmiləşdi – VİDEO   

153860

“Neftçi” rusiyalı futbolçu Reziuan Mirzovun keçidini rəsmiləşdirib.  

Bizim.Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.  

30 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. O, 22 nömrəli formanı geyinəcək.  

Qeyd edək ki, “Neftçi” Mirzovun karyerasında ilk əcnəbi klubdur. Nalçik “Spartak”ının yetirməsi olan futbolçu Moskvanın “Torpedo”, “Spartak” klublarının, eləcə də “Arsenal” (Tula) və “Ximki”nin uğurları üçün çalışıb.  
“Neftçi” bu yay Emil Balayev, Filip Ozobiç, Yuri Matias, Mark Tamaş, Qara Qarayev, Ervin Koffi, Andre Sinyaşiki, Aaron Olanare, Dieqo Valdesi də transfer edib. 
 


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO