“Qalatasaray” “Tottenhem”in iki futbolçusunu eyni gündə transfer edib.
Bizim.Media xəbər verir ki, Super Liqa nəhəngi londonluların müdafiəçisi Davinson Sançeslə yarımmüdafiəçi Tanqi Ndombeleni heyətinə qatıb.
27 yaşlı kolumbiyalı futbolçu – Davinsonla müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Türkiyə klubu futbolçu üçün 9,5 milyon avro ödəyəcək. Sançes 2017-ci ildən “Tottenhem”də çıxış edirdi.
O, 2022/23 mövsümündə 24 oyunda meydana çıxıb. Fransalı futbolçu – Ndombele isə Türkiyə nəhənginə icarə əsasında keçib. Buna baxmayaraq, klublar arasındakı razılaşmada Türkiyə tərəfinin futbolçunu mövsümün sonunda birdəfəlik transfer edə biləcəyi qeyd olunub. Bunu 15 milyon avroya etmək mümkün olacaq.
Ndombele bu mövsüm meydana çıxmayıb. Amma ümumilikdə, futbolçu İngiltərə klubunda 91 oyun keçirib. Bu müddət ərzində o, 10 qol vurub və 9 məhsuldar ötürmə verib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
23:09 / 05.09.2023
“Qalatasaray” “Tottenhem”in iki futbolçusunu transfer etdi
Hazırda oxunan: “Qalatasaray” “Tottenhem”in iki futbolçusunu transfer etdi
Hazırda oxunan: “Qalatasaray” “Tottenhem”in iki futbolçusunu transfer etdi
153819
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.