“Neftçi” bu gün rusiyalı futbolçu ilə müqavilə BAĞLAYACAQ 

“Neftçi” bu gün rusiyalı futbolçu ilə müqavilə BAĞLAYACAQ 

Hazırda oxunan: “Neftçi” bu gün rusiyalı futbolçu ilə müqavilə BAĞLAYACAQ 

153714

“Spartak”ın sabiq futbolçusu Reziuan Mirzov bu gün “Neftçi” ilə rəsmi müqavilə imzalayacaq.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi dünən tibbi müayinədən uğurla keçib. 

Həmkarlarımızın yazdığına görə, Mirzov mayın 31-nə qədər “Neftçi”yə məxsus olacaq.  

Qeyd edək ki, 30 yaşlı futbolçu son olaraq “Ximki”nin formasını geyinmişdi. O, bundan əvvəl isə “Spartak-Nalçik”, “Terek”, “Torpedo”, “Rostov”, “Tosno”, “Arsenal”, “Spartak”(Moskva) klublarında çıxış edib. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO