Azərbaycan Cüdo üzrə Avropa çempionatında 15 idmançı ilə təmsil olunacaq - FOTO 

Azərbaycan Cüdo üzrə Avropa çempionatında 15 idmançı ilə təmsil olunacaq - FOTO 

Hazırda oxunan: Azərbaycan Cüdo üzrə Avropa çempionatında 15 idmançı ilə təmsil olunacaq - FOTO 

153667

Azərbaycan Cüdo üzrə Avropa çempionatında 15 idmançı ilə təmsil olunacaq. 

Azərbaycan Cüdo Federasiyasından (ACF) Bizim.Media-ya bildirilib ki, bu məqsədlə gənc cüdoçular Avropa çempionatına yola düşüblər. 

Bildirilib ki, Azərbaycanın gənc oğlanlardan və qızlardan ibarət milli yığma komandalarının Avropa çempionatına hazırlıqları başa çatıb. 

Niderlandın Haaqa şəhərində keçiriləcək yarışda Azərbaycan 11 çəki dərəsində 9 oğlan və 6 qız cüdoçu ilə təmsil olunacaq. 

İdmançılar sentyabrın 7-9-da çempionatın fərdi yarışlarında, 10-da isə komanda yarışlarında iştirak edəcəklər. 

Yarışda ACF-nin “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq. 

Xatırladaq ki, gənc oğlanlardan və qızlardan ibarət milli yığmamız Avropa çempionatına hazırlıq məqsədilə ilin əvvəlindən etibarən 7 beynəlxalq yarışda iştirak edib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO