Azərbaycan çempionatında sonuncu mərhələyə start verildi - FOTO

Azərbaycan çempionatında sonuncu mərhələyə start verildi - FOTO

Hazırda oxunan: Azərbaycan çempionatında sonuncu mərhələyə start verildi - FOTO

153104

Bu gün çimərlik voleybolu üzrə Azərbaycan çempionatının sonuncu mərhələsi start götürüb.  

Bizim.Media xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan yarışın 3-cü turu təsnifat mərhələsindən başlayıb.  

Yarışda ümumilikdə 100 idmançı (12 qadın və 38 kişi komandası) iştirak edir. Təsnifat mərhələsində yalnız kişi voleybolçular çıxış ediblər. Bu mərhələnin yekununda 8 cüt əsas mərhələyə yüksəlib.  
15 kişi komandası isə həlledici etapda mübarizəyə qoşulacaq. Olimpiya sistemi ilə keçirilən çempionatın ilk günü həm təsnifat oyunları, həm də əsas mərhələnin görüşləri baş tutub.  

Su İdmanı Sarayında təşkil olunan yarış 4 meydançada keçirilir, yarışın qalibləri sentyabrın 3-də müəyyən olunacaq.  

Qeyd edək ki, çempionatın ilk mərhələsi 24-27 iyun, II mərhələ isə 29 iyul-1 avqust tarixlərində keçirilib. 






Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO