Neftçi” “Spartak”ın futbolçusu ilə danışıq aparır

Neftçi” “Spartak”ın futbolçusu ilə danışıq aparır

Hazırda oxunan: Neftçi” “Spartak”ın futbolçusu ilə danışıq aparır

153074

Transfer çalışmalarını davam etdirən “Neftçi” bu dəfə Rusiyadan oyunçu gətirməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, “ağ-qaralar” “Spartak”ın sol cinah müdafiəçisi Leon Klasseni heyətinə qatmaq istəyir. 

Mənbənin iddiasına görə, tərəflər arasında danışıqlara start verilib. Amma Kenni Sayeflə yollar ayrılacağı təqdirdə, Klassen komandaya cəlb edilə bilər. 

“1860 Münhen”, “Tirol” klublarında oynadıqdan sonra “Spartak”a keçmiş 23 yaşlı futbolçu Rusiyanın U-21 yığmasının sabiq üzvüdür. Leonun Moskva klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO