Cüdoçularımız dünya çempionatında finala vəsiqə qazandı - YENİLƏNİB 

Cüdoçularımız dünya çempionatında finala vəsiqə qazandı - YENİLƏNİB 

Hazırda oxunan: Cüdoçularımız dünya çempionatında finala vəsiqə qazandı - YENİLƏNİB 

152531

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Xorvatiyada keçirilən dünya çempionatında komandalararası yarışda növbəti qələbəsini qazanaraq finala çıxıb.

Bizim.Media xəbər verir ki, yığma yarımfinalda Türkiyə seçməsini məğlub edib - 4:3.

13:08

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Xorvatiyada keçirilən dünya çempionatında komandalararası yarışa qələbə ilə start verib.

Bizim.Media xəbər verir ki, yığma 1/8 final mərhələsində Yunanıstan kollektivinə qalib gəlib - 4:1.

Milli növbəti raundda Qazaxıstan - Çin Taypeyi cütünün güclüsü ilə görüşəcək.

Qeyd edək ki, Azərbaycan seçməsi fərdi mübarizəni medal sıralamasında birinci pillədə başa vurub. Nihad Məmişov (50 kq), Xədicə Qədəşova (52 kq) qızıl, Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) gümüş, Mirxaliq İskəndərov (55 kq), Süleyman Şükürov (73 kq) və Ramazan Əhmədov (90+) isə bürünc medal əldə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO