“Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazana bilməyib.
Bizim.Media xəbər verir ki, Vitali Borisovun yetirmələri ilkin raundda yer aldıqları qrupdan çıxa bilməyiblər.
A qrupunda qərarlaşan Azərbaycan çempionu son turda Latviya təmsilçisi “Riqa” ilə qarşılaşıb. Hər iki klub ilk iki turu itkisiz başa vurduğundan, qalib komanda birinci yeri tutacaqdı.
Latviyada reallaşan qarşılaşmada meydan sahibləri 8:3 hesablı qələbə qazanaraq, maksimum nəticə toplayıb və əsas mərhələyə yüksəliblər.
Qrupu 6 xalla ikinci sırada tamamlayan “Araz-Naxçıvan” isə növbəti mərhələyə adlaya bilməyib.
UEFA Çempionlar Liqası İlkin seçmə mərhələ, A qrupu
26 avqust “Riqa” (Latviya) – “Araz-Naxçıvan” (Azərbaycan) 8:3
Qollar: Dmitri Kuzmin, 2:30. Talles, 10:24. Serjinyo, 18:26, 27:12. Artur Strajdin, 24:38. Rikardinyo, 30:05, 39:57, İqor Labuts, 32:54 – Amadeu, 14:17, 15:05. Lukas, 33:51
Hakimlər: Arttu Kinaerenen (Finlandiya), Martina Pitsolo (İtaliya), Georgios Kozakos (Kipr)
Salaspils İdman Arenası.
Xal: Riqa – 9. Araz-Naxçıvan – 6. Yan Reqensburq – 3. İstanbul Şişli – 0.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
06:19 / 27.08.2023
“Araz Naxçıvan” Çempionlar Liqasında mübarizəni dayandırdı
Hazırda oxunan: “Araz Naxçıvan” Çempionlar Liqasında mübarizəni dayandırdı
Hazırda oxunan: “Araz Naxçıvan” Çempionlar Liqasında mübarizəni dayandırdı
152494
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.