“Cəbrayıl” klubunun baş məşqçisi bəlli oldu - FOTO

“Cəbrayıl” klubunun baş məşqçisi bəlli oldu - FOTO

Hazırda oxunan: “Cəbrayıl” klubunun baş məşqçisi bəlli oldu - FOTO

152318

Yeni mövsümdə II Liqada mübarizə aparacaq “Cəbrayıl” Cavid Hüseynovun rəhbərliyi altında çıxış edəcək. 35 yaşlı mütəxəssislə 1 illik müqavilə bağlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Xatırladaq ki, Cavid Hüseynov 1988-ci ildə Cəbrayıl şəhərində anadan olub.

Futbolçu kimi “Turan”, “Neftçi”, “Adana Demirspor”, “Bakı”, “Qəbələ”, “Zirə” klublarında çıxış edib. 2021-ci ildən “Cəbrayıl”da məşqçi karyerasına başlayıb. 2022/23 mövsümündə Premyer Liqada “Şamaxı” klubuna rəhbərlik edən Hüseynov yenidən doğma klubuna qayıdıb. 


Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO