Ərəb klubundan Salaha FANTASTİK TƏKLİF: Ən ödənişli futbolçu ola bilər

Ərəb klubundan Salaha FANTASTİK TƏKLİF: Ən ödənişli futbolçu ola bilər

Hazırda oxunan: Ərəb klubundan Salaha FANTASTİK TƏKLİF: Ən ödənişli futbolçu ola bilər

152252

"Liverpul"un futbolçusu Məhəmməd Salah karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.  

Bizim.Media xəbər verir ki, misirli hücumçunun xidmətində "Əl İttihad" maraqlıdır. Bu barədə "Relevo" nəşri məlumat yayıb.  

Ərəblər 31 yaşlı forvarda fantastik maaş təklif ediblər. O, təklifi qəbul etsə, Səudiyyə Ərəbistanında ən çox qazanan futbolçu olacaq.  

Ulduz futbolçu "Əl İttihad"a keçsə, "Əl Nəssr"də çıxış edən Kriştiano Ronaldodan da çox maaş alacaq.  

Qeyd edək ki, "Liverpul" Məhəmməd Salahı 2017-ci ilin yayında "Roma"dan transfer edib. Misir yığmasının üzvü Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 307 rəsmi matçda 187 qol və 80 məhsuldar ötürmə ilə yadda qalıb.  

Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimidir. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO