Beşqat dünya çempionu Bakıda Dünya Kubokunun qalibi oldu - FOTO

Beşqat dünya çempionu Bakıda Dünya Kubokunun qalibi oldu - FOTO

Hazırda oxunan: Beşqat dünya çempionu Bakıda Dünya Kubokunun qalibi oldu - FOTO

152204

Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku sona çatıb. Bu gün yarışda tay-brek oyunları keçirilib. 

Bizim.Media xəbər verir ki, beşqat dünya çempionu Maqnus Karlsen finalda hindistanlı Rameşbabu Praqqnanandha üzərində qələbə qazanıb.

Daha təcrübəli Karlsen tay-brekdə bir qələbə və bir heç-heçə ilə finalın taleyini həll edib. Bununla Maqnus Karlsen karyerasında ilk dəfə Dünya Kubokuna sahib çıxıb. 

3-cü yer uğrunda görüşdə isə Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ təmsilçisi Fabiano Karuanaya məğlub olub. Tay-brekdəki hər iki oyunda qalib gələn Karuana yarışın bürünc medalını qazanıb. Abasov karyerasında ilk dəfə Dünya Kubokunda 4-cü yeri tutub.
Qeyd edək ki, yarışda ilk üç yeri tutan şahmatçılar İddiaçılar Turnirinə vəsiqə qazanıb.








Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO