“Qarabağ” Braziliyadan futbolçu gətirir

“Qarabağ” Braziliyadan futbolçu gətirir

Hazırda oxunan: “Qarabağ” Braziliyadan futbolçu gətirir

151956

"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi Braziliyanın "Koritiba" klubunda çıxış edən Qabriel Boşilianı transfer etməyə hazırlaşır.  

Məşhur "Transfermarkt" portalı 27 yaşlı yarımmüdafiəçinin "Qarabağ"a keçmək ehtimalını 88 faiz olaraq dəyərləndirib. Braziliyalı futbolçunun "Koritiba" ilə müqaviləsi bu ilin 31 dekabr tarixinə kimidir.  
Qeyd edək ki, Qabriel Boşilia karyerası ərzində "San Paulo", "Monako", "Standard", "Nant" və "İnternasional"da çıxış edib. O, Braziliyanın U-20 millisinin heyətində 8 oyun keçirib və 2 qol vurub. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO