Qəbələ ardıcıl üçüncü oyunda uduzdu - VİDEO

Qəbələ ardıcıl üçüncü oyunda uduzdu - VİDEO

Hazırda oxunan: Qəbələ ardıcıl üçüncü oyunda uduzdu - VİDEO

151541

Misli Premyer Liqasında 3-cü turun oyunları keçirilir.  

Bizim.Media xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.  

Əvvəlcə “Qəbələ” doğma meydanda “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Üç qolun qeydə alındığı oyun qonaqların qələbəsiylə yekunlaşıb. Günün digər oyunu “Səbail”lə “Zirə” arasında baş tutacaq.  

Qeyd edək ki, turun açılış matçında “Turan Tovuz” səfərdə “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəlib. Turun “Qarabağ” – “Araz-Naxçıvan” və “Sabah” – “Neftçi” matçları avqustun 20-də olacaq.  

Misli Premyer Liqası 3-cü tur  

19 avqust “Qəbələ” – “Sumqayıt” 1:2  

Qollar: Osama Xalayla, 53 – İsa Suliman, 3. Kamran Əliyev, 31.  

Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Rəhman İmami, Kamran Əliyev.  

Qəbələ şəhər stadionu, 18:00. 

 


 
Rəşad Rafiqoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO