“Qarabağ” rusiyalı qapıçı ilə 1+1 illik müqavilə imzaladı

“Qarabağ” rusiyalı qapıçı ilə 1+1 illik müqavilə imzaladı

Hazırda oxunan: “Qarabağ” rusiyalı qapıçı ilə 1+1 illik müqavilə imzaladı

151525

“Qarabağ”ın baş meneceri Asif Əsgərov rusiyalı qapıçı Andrey Lunyevi transfer etdiklərini təsdiqləyib. 

Bizim.Media xəbər verir ki, Əsgərov müqavilənin müddəti barədə də danışıb: “Lunyevlə 1+1 illik müqavilə imzaladıq.

Bu gün o, tibbi müayinədən keçib. İnanırıq ki, iki tərəf üçün də uğurlu əməkdaşlıq olar”.

Xatırladaq ki, Lunyev “Qarabağ”da mövsümə 200 min avro maaş alacaq. O, karyerası ərzində “Torpedo”, “İstra” (Xorvatiya), “Ufa”, “Bayer” (Almaniya) və “Zenit”də forma geyib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO