Azərbaycan millisinin kapitanından Almaniya ilə oyunla bağlı AÇIQLAMA

Azərbaycan millisinin kapitanından Almaniya ilə oyunla bağlı AÇIQLAMA

Hazırda oxunan: Azərbaycan millisinin kapitanından Almaniya ilə oyunla bağlı AÇIQLAMA

151509

"Dünən sərgilədiyimiz oyunu göstərərək bu gün də qələbə qazanmaq niyyətindəyik".

Bizim.Media xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova Avropa çempionatında Almaniya seçməsinə qarşı keçirəcəkləri qrup mərhələsinin II tur matçı ilə bağlı danışarkən deyib.

30 yaşlı oyunçu meydan sahibləri ilə duelin əsas görüşlərdən biri olduğunu bildirib.

Abduləzimova Çexiya yığması üzərindəki qələbə münasibəti ilə komandanı və azarkeşləri təbrik edib.

Qeyd edək ki, Azərbaycan - Almaniya qarşılaşması bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Milli ilk oyunda Çexiyanı 3:0 hesabı ilə üstələyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO