“Qarabağ” Almaniya klubunun qapıçısı ilə razılaşdı

“Qarabağ” Almaniya klubunun qapıçısı ilə razılaşdı

Hazırda oxunan: “Qarabağ” Almaniya klubunun qapıçısı ilə razılaşdı

151360

“Qarabağ” klubu yeni transferə hazırlaşır. 

Bizim.Media xəbər verri ki, Ağdam klubu "Bayer"dən (Almaniya) ayrılan qapıçı Andrey Lunyevlə razılaşıb. 

32 yaşlı qolkiper bu gün Bakıya gələcək. O, sabah tibbi müayinədən keçəcək. Daha sonra rusiyalı qolkiperlə 1 illik müqavilə imzalanacağı gözlənilir. Andrey “Qarabağ”a azad agent kimi keçib. 
Qeyd edək ki, Lunyev karyerası ərzində "Torpedo", "İstra", "Kaluqa", "Saturn Ramenskoye", "Ufa", "Zenit" komandalarında da oynayıb. O, son klubu "Bayer"də 2021-ci ildən çıxış edirdi və may ayında komandadan ayrılıb. Andrey Rusiyanın əsas millisində 7 oyun keçirib. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO