Qurban Qurbanovdan qələbə şərhi

Qurban Qurbanovdan qələbə şərhi

Hazırda oxunan: Qurban Qurbanovdan qələbə şərhi

151300

"Futbolçularımı təbrik edirəm. Çox böyük gərginlik var idi.  Oyuna yaxşı başlamışdıq. Sadəcə ilk dəqiqələrdə buraxılan qol futbolçularda ruh düşkünlüyü yaratdı. Amma sonra oyunu ələ almağı başladıq. Yaxşı qalibiyyət oldu". 

Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 3-cü təsnifat mərhələsində HİK-ə 2:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldikləri cavab oyunundan sonra deyib.  

O, çox intizamlı komandaya qarşı oynadıqlarını vurğulayıb:

"Azlıqda qaldılar, yenə məğlub olmaq istəmirdilər. Sona kimi döyüşdülər, mübarizə apardılar. Rəqib öz oyunumuzu istədiyimiz kimi göstərməyə imkan vermədi. Qarşıdakı günlərdə digər oyunlara hazırlaşmalıyıq". 

Qeyd edək ki, Ağdam klubu  Avroliqanın pley-offunda "Olimpiya" (Sloveniya) ilə qarşılaşacaq. İlk qarşılaşma avqustun 24-ü “Olimpiya”nın meydanında olacaq. Cavab matçı avqustun 31-də keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO