Azərbaycan çempionatı: “Qarabağ” ilk qələbəsini qazandı - VİDEO

Azərbaycan çempionatı: “Qarabağ” ilk qələbəsini qazandı - VİDEO

Hazırda oxunan: Azərbaycan çempionatı: “Qarabağ” ilk qələbəsini qazandı - VİDEO

150659

"Qarabağ" futbol üzrə Azərbaycan Premyer Liqasının 2023/24 mövsümündə ilk qələbəsini qazanıb.

Bizim.Media xəbər verir ki, ilk matçda "Zirə"yə uduzan Ağdam klubu II turda "Turan Tovuz"dan güclü olub.

Komanda öz meydanında böyük hesablı qələbəyə sevinib - 3:0.

30-cu dəqiqədə Juninyo "atlılar"ın ilk qolunu vurub. 66-cı dəqiqədə Abdullah Zubir fərqi artırıb. Üç dəqiqə sonra Adama Diakabi matçda son nöqtəni qoyub.

Bu qələbədən sonra "Qarabağ" üç xalla dördüncüdür. Eyni xala malik "Turan Tovuz" beşinci pillədə qərarlaşıb.

 


 


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO