Mançini istefaya göndərildi

Mançini istefaya göndərildi

Hazırda oxunan: Mançini istefaya göndərildi

150643

Futbol üzrə İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini istefaya göndərilib.

Bizim.Media xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yeni baş məşqçinin yaxın bir neçə gün ərzində təqdim olunacağı bildirilir.

Mançini 2018-ci ildən İtaliya millisinə rəhbərlik edir.

Onun rəhbərliyi altında komanda 2021-ci ildə Avropa çempionatının qalibi olub.

58 yaşlı mütəxəsis “Fiorentina”, “Latsio”, “İnter”, İngiltərənin “Mançester Siti”, Türkiyənin “Qalatasaray” və Sankt-Peterburqun “Zenit” klublarının baş məşqçisi olub.

Mançini futbolçu kimi İtaliyanın “Bolonya”, “Sampdoriya”, “Latsio” və İngiltərənin “Lester” klublarında çıxış edib.

İtaliya millisinin tərkibində 1990-cı il dünya çempionatının və 1988-ci il Avropa çempionatının bürünc mükafatçısı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO