Kaşuk: \

Kaşuk: \"Ukrayna Premyer Liqası Azərbaycan çempionatından güclüdür\"

Hazırda oxunan: Kaşuk: \"Ukrayna Premyer Liqası Azərbaycan çempionatından güclüdür\"

150567

"Sabah"ın sabiq futbolçusu, hazırda Ukrayna "Şaxtyor"unda oynayan Aleksey Kaşuk klubunun saytına müsahibə verib. 

Bizim.Media xəbər verir ki, o, müsahibə zamanı Azərbaycan və Ukrayna liqalarını müqayisə edib: 

"Hər liqanın özünəməxsus xüsusiyyətləri var. Azərbaycanda komandalar daha çox topla oynayırlar. Hücum futbolu oynayan, irəli gedən yaxşı komandalar var. Ancaq Ukrayna Premyer Liqası Azərbaycan çempionatından daha güclüdür. Uzun müddətdir ki, burada oynamıram, ona görə də özümü yaxşı tərəfdən göstərmək istəyirəm". 
Xatırladaq ki, Kaşuk ötən ilin martından 2022/2023 mövsümünün sonuna kimi icarə əsasənda “Sabah”da oynayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO