““Sabah”ın oyunçuları sanki “Bavariya”nın futbolçuları idi” - Serbiya mətbuatı 

““Sabah”ın oyunçuları sanki “Bavariya”nın futbolçuları idi” - Serbiya mətbuatı 

Hazırda oxunan: ““Sabah”ın oyunçuları sanki “Bavariya”nın futbolçuları idi” - Serbiya mətbuatı 

150507

Serbiya mətbuatında “Partizan” klubunu sərt tənqid edən yazı dərc olunub. 

Bizim.Media xəbər verir ki, buna Belqrad təmsilçisinin Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk matçında “Sabah”a məğlubiyyəti (0:2) səbəb olub. 

“Republika” qəzeti bu uğursuzluğu “Partizan”ın avrokuboklardakı növbəti biabırçılığı kimi qiymətləndirib.

Qəzet yazıb: 

“Serbiya komandasının fonunda azərbaycanlı oyunçular elə görsənirdilər ki, sanki “Bavariya”nın həyətində həvəskarlara qarşı oynayan futbolçulardır. Belə pis vəziyyətdə olan “Partizan”ı çoxdandı görmürdük. Komandanın heç bir ideyası, planı, kəskin hücumu yox idi. Top üstünlüyü 30 faizə qarşı 70 faiz, zərbə göstəricisi isə 2-yə qarşı 14 zərbə ilə “Sabah”ın xeyrinə oldu. Bu, serb azarkeşlərin qəbul etməkdə çətinlik çəkəcəyi faktdır.  

“Partizan”ın yeganə işıqlı nöqtəsi qapıçı Aleksandar Yovanoviç idi. O, penaltini dəf etsə də, buraxılan qollar zamanı heç nə edə bilmədi”.  

Qəzet yazır ki, “Sabah”ın oyunçuları toparlansaydılar, hesab daha böyük ola bilərdi:

“İqor Dulyay (“Partizan”ın baş məşqçisi) məğlubiyyətə görə bütün məsuliyyəti öz üzərinə götürsə də, uğursuzluğun səbəbini məntiqli izah edə bilmədi. Məsuliyyət həmişə onun üzərindədir, amma bununla heç nə dəyişmir. Ortada isə fəlakətli nəticələr var. “Partizan”ın Konfrans Liqasının qrupuna düşməməsi faciə olacaq. 

O, tezliklə toparlanmalı və Azərbaycan komandasını nokauta göndərməyin yolunu tapmalıdır.

“Partizan” bunu etməyi bacarır. Əks halda Dulyayın məşqçi kreslosu laxlayacaq. “Partizan” ən azı öz imici naminə qələbə qazanmalıdır. Digər nəticələr isə Belqradın böyük adı olan komandasının yolu deyil”. 

Xatırladaq ki, “Partizan”la “Sabah” arasında cavab oyunu avqustun 17-si Belqradda keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO