Abubakar “Beşiktaş”dan gedə bilər

Abubakar “Beşiktaş”dan gedə bilər

Hazırda oxunan: Abubakar “Beşiktaş”dan gedə bilər

150050

Avropa Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Beşiktaş" əsas futbolçularından birini itirə bilər.  

Bizim.Media xəbər verir ki, "qara qartallar"ın hücumçusu Vensan Abubakarın xidmətində Moskva "Spartak"ı maraqlıdır. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.  

İstanbul təmsilçisi 6 milyon avroluya kamerunlu forvardı satmağa hazırdır. "Beşiktaş" Vensan ABubakarı bu ilin yayında "Əl Nəssr"dən transfer edib. 31 yaşlı ön xətt oyunçusu komandanın heyətində meydana çıxdığı 18 rəsmi matçda 14 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.  

Qeyd edək ki, bu komandalar arasında ilk oyun avqustun 10-u saat 21:00-da “Neftçi Arena”da, cavab matçı isə ayın 17-si Bakı vaxtı ilə saat 21:00-da “Beşiktaş” stadionunda keçiriləcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO