PFL “Turan Tovuz”un stadionla bağlı müraciətini QƏBUL ETDİ 

PFL “Turan Tovuz”un stadionla bağlı müraciətini QƏBUL ETDİ 

Hazırda oxunan: PFL “Turan Tovuz”un stadionla bağlı müraciətini QƏBUL ETDİ 

148818

Peşəkar Futbol Liqası (PFL) tərəfindən Tovuz şəhər stadionunda geniştərkibli təftiş həyata keçirilib.  

Bizim.Media PFL-in rəsmi saytına istinadən xəbər verir ki, aparılan əsaslı işlər, stadionun hazırki durumu, azarkeşlərin və futbolçuların təhlükəsizliyi, oyunun canlı yayımı və VAR infrastrukturunun vəziyyəti nəzərə alınaraq qurumun İdarə Heyəti rəqib komandaların razılıq məktubunu da əsas götürərək bir sıra qərarlar qəbul edib.  

Azərbaycan Premyer Liqasının 1-ci dövrəsinin "Araz Naxçıvan" – “Turan Tovuz” oyunu, 2-ci dövrənin "Turan Tovuz" - "Araz Naxçıvan" qarşılaşması kimi keçiriləcək.1-ci dövrənin "Qarabağ" - "Turan Tovuz" matçı, 2-ci dövrənin "Turan Tovuz" - "Qarabağ" görüşü kimi təşkil olunacaq.
Bundan əlavə, 4-cü turdan etibarən Tovuz şəhər stadionu qarşılaşmaları qəbul etməyə hazır olmalı və bununla bağlı bütün işlər nəzarətdə saxlanılmalıdır. Tovuz şəhər stadionunda süni işıqlandırma sisteminin tam istifadəyə verilməsi sentyabrın sonuna planlaşdırılır. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO