Messi yeni rekorda imza atdı - İspaniya çempionatında

Messi yeni rekorda imza atdı - İspaniya çempionatında

Hazırda oxunan: Messi yeni rekorda imza atdı - İspaniya çempionatında

14868

İspaniyanın "Barselona" futbol komandasının hücumçusu Lionel Messi ölkə çempionatında qol rekorduna imza atıb.

Bizim.Media xəbər verir ki, futbolçu buna İspaniya La Liqasının XXVII turunun "Ueska" ilə matçında fərqlənməklə nail olub. Bu, mövsümün 25 oyununda Messinin 20-ci qolu olub.

Beləliklə, Messi La Liqa tarixində 13 mövsümdə ardıcıl olaraq azı 20 qol vuran birinci oyunçu olub.

Qeyd edilir ki, argentinalı hücumçunun ardıcıl qollar seriyası 2008/09 mövsümündə başlayıb.

Messi ən yaxşı nəticəni 2011/12 mövsümündə göstərib, futbolçu həmin vaxt 50 qol vurub. Daha əvvəl məlum olub ki, Messi "Barselona"nın heyətində matçların sayına görə keçmiş komanda yoldaşı Xavi Ernandesin rekordunu təkrarlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO