“Qarabağ”ın legioneri 1 ay oynamayacaq

“Qarabağ”ın legioneri 1 ay oynamayacaq

Hazırda oxunan: “Qarabağ”ın legioneri 1 ay oynamayacaq

148616

“Qarabağ”ın zədəli legioneri Marko Veşoviçin vəziyyətinə aydınlıq gəlib. 

Bizim.Media xəbər verir ki, montoneqrolu futbolçu ən azı 1 ay yaşıl meydanlardan kənarda qalacaq.

Bununla o, Polşanın “Rakuv” klubu ilə Bakıda keçiriləcək Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab qarşılaşmasını, həmçinin ölkə çempionatının da ilk turlarını buraxmalı olacaq. 
Qeyd edək ki, Marko Veşoviç “Rakuv”la ilk oyundan öncə məşqdə zədələnmişdi. “Qarabağ”ın digər futbolçusu Elvin Cəfərquliyevin zədəsi isə ciddi deyil və o, Polşa klubuna qarşı oynaya biləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO