Tennisçilərimiz Ermənistan komandasını MƏĞLUB ETDİLƏR - FOTO

Tennisçilərimiz Ermənistan komandasını MƏĞLUB ETDİLƏR - FOTO

Hazırda oxunan: Tennisçilərimiz Ermənistan komandasını MƏĞLUB ETDİLƏR - FOTO

148568

Monteneqroda tennis üzrə “Davis Cup” turniri başa çatıb. 

Bizim.Media xəbər verir ki, mötəbər yarışın 4-cü qrupunda Azərbaycan millisi də təmsil olunub.

Kənan Qasımov və Səfər Rəsulovdan ibarət komandamız baş məşqçi Yalçın Manaflının rəhbərliyi altında Kosovoya məğlub olsa da, sonradan Albaniya və İslandiya tennisçilərini məğlub edərək növbəti mərhələyə yüksəlib.  
Son olaraq komandamız Ermənistan millisi ilə qarşılaşıb. Əzmkar oyun nümayiş etdirən Səfər Rəsulov rəqibini 6:4 və 6:2, Kənan Qasımov isə 6:3 və 6:2 hesabları ilə məğlub edib.  

Bu möhtəşəm qələbədən sonra Azərbaycan 3-cü qrupa yüksəlib. Ermənistan isə 4-cü qrupda qalmağa məcbur olub. 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO