Polşanın paytaxtı Varşavada güləş üzrə “Poland Open” turniri davam edir.
Bizim.Media xəbər verir ki, yarışın 2-ci günündə bir güləşçimiz mübarizə aparıb.
Belə ki, Mariya Stadnik (50 kq) gözlənildiyi kimi, favorit imicini doğruldub. Dünya qadın güləşinin canlı əfsanəsi finaladək kanadalı Keti Dutçaka, polşalı Amanda Tomçikə və Kanadanın digər təmsilçisi Madison Parksa "tuş"la qalib gəlib.
Həlledici görüşdə təcrübəli polşalı güləşçi Anna Lukasyakla qarşılaşan Stadnik 7:0 hesablı qələbə ilə "Poland Open" turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, sabah Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) turnirdə qüvvəsini sınayacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
23:16 / 27.07.2023
Qadın güləşçimiz Polşada ÇEMPİON OLDU
Hazırda oxunan: Qadın güləşçimiz Polşada ÇEMPİON OLDU
Hazırda oxunan: Qadın güləşçimiz Polşada ÇEMPİON OLDU
148292
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.