Musa Qurbanlı İsveç klubunda ilk oyuna çıxdı

Musa Qurbanlı İsveç klubunda ilk oyuna çıxdı

Hazırda oxunan: Musa Qurbanlı İsveç klubunda ilk oyuna çıxdı

147554

Azərbaycan millisinin üzvü Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" bu gün İsveç çempionatında ilk oyununa çıxıb.  

Bizim.Media xəbər verir ki, sözügedən kollektiv XVII tur çərçivəsində "Elfborq"la qarşılaşır.

Görüş saat 17:00-da başlayıb. Musa oyuna ehtiyatda başlasa da, matçın 58-ci dəqiqəsində meydana daxil olub. Bununla da Qurbanlı yeni komandasında debüt etmiş oldu.

Hazırda oyunun ikinci hissəsi oynanılır. "Yurqorden" liqada 30 xalla 4-cü sıradadır. "Elfsborq" isə 36 xalla birinci pillədə qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO