Mutu “Neftçi”nin bazasından imtina edir?

Mutu “Neftçi”nin bazasından imtina edir?

Hazırda oxunan: Mutu “Neftçi”nin bazasından imtina edir?

147529

“Neftçi” yeni mövsümə hazırlığı davam etdirir.  

Bizim.Media xəbər verir ki, Rusiyadakı təlim-məşq toplanışını başa vuran flaqman iki günlük fasilədən sonra məşqləri bərpa edib.  

“Ağ-qaralar” bu gün Bakı Olimpiya Stadionunda məşqə çıxıb.

Bu baş məşqçi Adrian Mutunun istəyi ilə olub. Deyilənə görə, rumıniyalı mütəxəssis bundan sonra komandanın məşqlərinin klubun bazasında deyil, Olimpiya stadionunda keçirilməsini istəyib.  

Zədəli Emil Balayevdən başqa bütün futbolçuların iştirak etdiyi məşqdə əsasən toplu çalışmalar icra olunub. “Neftçi” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Bosniya və Herseqovinanın “Jelezniçar” klubu ilə qarşılaşacaq. 
İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-ü saat 21.00-da “Bakcell Arena”da keçiriləcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO