“Qəbələ” Türkiyənin Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışını başa vurub. İyulun 10-da qardaş ölkəyə yollanan “qırmızı-qaralar” bu gün vətənə qayıdıb.
Bizim.Media xəbər verir ki, bölgə təmsilçisi Boluda üç yoxlama oyunu keçirib.
“Qəbələ” Moldovanın “Sukleya” (4:2), Rusiyanın “Orenburq” (1:1) və Şimali Makedoniyanın “Qostivar” (3:1) klubları ilə üz-üzə gəlib. “Qırmızı-qaralar” hazırlıq prosesini iyulun 22-də bərpa edəcək. Komanda Qəbələdə bir araya gələrək yeni mövsümə hazırlaşacaq.
Xatırladaq ki, UEFA Konfrans Liqasında mübarizə aparan “Qəbələ” ayın 27-də Kiprin “Omoniya” klubu ilə görüşəcək. II təsnifat mərhələsinin ilk oyunu Qəbələ şəhər stadionunda baş tutacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
11:04 / 21.07.2023
“Qəbələ”nin Türkiyə toplanışı BAŞA ÇATDI
Hazırda oxunan: “Qəbələ”nin Türkiyə toplanışı BAŞA ÇATDI
Hazırda oxunan: “Qəbələ”nin Türkiyə toplanışı BAŞA ÇATDI
147286
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.