“Neftçi”nin rəqiblərinin oyunu bu kanalda CANLI YAYIMLANACAQ 

“Neftçi”nin rəqiblərinin oyunu bu kanalda CANLI YAYIMLANACAQ 

Hazırda oxunan: “Neftçi”nin rəqiblərinin oyunu bu kanalda CANLI YAYIMLANACAQ 

147168

Bu gün Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab matçı çərçəvəsində baş tutacaq “Dinamo” Minsk-“Jelezniçar” oyunu canlı yayımlanacaq.  

Bizim.Media xəbər verir ki, oyunu İDMAN TV canlı göstərəcək.  

Qeyd edək ki, bu cütün qalibi növbəti mərhələdə “Neftçi”nin rəqibi olacaq. “Dinamo”nun rəqibini Bakıda qəbul etməsi isə UEFA-nın sanksiyası ilə bağlıdır. Qitə futbol qurumu Rusiyanın Ukraynada başladığı müharibəni dəstəklədiyinə görə Belarus klublarının doğma meydanda oynamasına qadağa qoyub.  
“Azərsun Arena”da keçiriləcək qarşılaşma saat 21-00-da başlayacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO