"Rakuv" - "Qarabağ" matçının hakimləri BƏLLİ OLDU 

Hazırda oxunan: "Rakuv" - "Qarabağ" matçının hakimləri BƏLLİ OLDU 

147125

"Qarabağ"ın Çempionlar Liqası II təsnifat mərhələsinin "Rakuv"la keçirəcəyi ilk oyuna hakim təyinatları açıqlanıb. 

Bizim.Media xəbər verir ki, qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası idarə edəcək. 

Görüşün baş hakimi Lukas Fendrix olacaq. Ona həmyerliləri Yonas Enri və Giyom Mer köməklik göstərəcək. Matçın dördüncü hakimi funksiyasını isə Lionel Çudi yerinə yetirəcək. 

Qeyd edək ki, "Rakuv" - "Qarabağ" qarşılaşması 26 iyul tarixində Bakı vaxtilə saat 22:15-də start götürəcək. Komandalar arasında cavab oyunu isə avqustun 2-də Bakıda baş tutacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO