“Sabah” “Olimpiakos”la heç-heçə etdi

“Sabah” “Olimpiakos”la heç-heçə etdi

Hazırda oxunan: “Sabah” “Olimpiakos”la heç-heçə etdi

147026

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” son yoxlama oyununu keçirib.  

Bizim.Media xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu kollektiv Yunanıstan təmsilçisi “Olimpiakos”la üz-üzə gəlib. 

Kematen stadionunda baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bakı klubunun heyətində Davit Volkov 42-ci dəqiqədə fərqlənib. 

Qeyd edək ki, “Sabah” daha əvvəl Qətərin “Əl-Sədd” komandasını 3:1 hesabı ilə üstələyib, ikinci görüşündə isə Almaniya “Sankt-Pauli”sinə uduzub – 1:4. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO