Teymur Rəcəbov Aronyanla heç-heçə etdi

Teymur Rəcəbov Aronyanla heç-heçə etdi

Hazırda oxunan: Teymur Rəcəbov Aronyanla heç-heçə etdi

14680

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyası çərçivəsində keçirilən “Meltvater” turnirində Azərbaycan şahmatçısı Teymur Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanla üz-üzə gəlib.

Bizim.Media xəbər verir ki, turnirin 4-cü turunda baş tutan qarşılaşma heç-heçə yekunlaşıb.

 

MÖVZU İLƏ BAĞLI:

Teymur Rəcəbovun Çempionlar Turunda alacağı məbləq açıqlandı


Qeyd edək ki, şahmatçımızın birinci turda Niderland təmsilçisi Aniş Giri, daha sonra argentinalı Alan Piçot və üçüncü turda amerikalı Uesli So ilə qarşılaşmaları da heç-heçə ilə nəticələnib. Təmsilçimiz bu günün son oyununda rusiyalı Daniil Dubovla qarşılaşacaq.

Turnirdə mübarizə aparan digər şahmatçımız Şəhriyar Məmmədyarov birinci turda ermənistanlı Levon Aronyan üzərində inamlı qələbə qazanıb.

Daha sonra rusiyalı Daniil Dubov, amerikalı Hikaru Nakamura ilə heç-heçə edən şahmatçımız niderlandlı Yorden Van Forestə də qalib gəlib. Beşinci turda onun rəqibi fransalı Maksim Vaşye-Laqrav olacaq.

Martın 21-dək davam edəcək yarışda ümumilikdə 16 şahmatçı mübarizə aparır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO