Meydana çıxmayan Mahir Emreli Xorvatiya Super Kubokunu qazandı

Meydana çıxmayan Mahir Emreli Xorvatiya Super Kubokunu qazandı

Hazırda oxunan: Meydana çıxmayan Mahir Emreli Xorvatiya Super Kubokunu qazandı

146477

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi “Dinamo” (Zaqreb) Xorvatiya Super Kubokunda “Hayduk”la (Split) qarşılaşıb. 

Bizim.Media xəbər verir ki, matç Zaqreb təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 52-ci dəqiqədə Martin Baturina vurub. 

Beləliklə, “Dinamo” Xorvatiya Super Kubokunun qalibi olub. Mahir Emreli ehtiyat oyunçular arasında yer alıb və meydana çıxmayıb. 
Xatırladaq ki, “Dinamo” son Xorvatiya çempionu, “Hayduk” Xorvatiya kubokunun sonuncu qalibidir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO