Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli hazırda İrəvandadır. 28 yaşlı yarımmüdafiəçi Albaniyanın “Eqnatia” klubunun heyətində “Ararat”la UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunu üçün Ermənistana yollanıb.
Bizim.Media xəbər verir ki, təcrübəli oyunçu üçün xüsusi təhlükəsizlik əməkdaşları ayrılıb. Bu barədə futbolçunun özü məlumat verib:
“4-5 nəfərdilər, hara gedirəmsə, mənimlə gəlirlər”. İsgəndərli təhlükəsizliyin kim tərəfindən təmin olunduğunu bilmədiyini söyləyib.
Qeyd edək ki, iyulun 13-də keçiriləcək “Ararat” – “Eqnatiya” matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
21:43 / 12.07.2023
İrəvana gedən futbolçumuza xüsusi mühafizəçilər AYRILDI
Hazırda oxunan: İrəvana gedən futbolçumuza xüsusi mühafizəçilər AYRILDI
Hazırda oxunan: İrəvana gedən futbolçumuza xüsusi mühafizəçilər AYRILDI
145938
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.