Klublarımız niyə formalarını satışa ÇIXARMIRLAR? – SORĞU  

Klublarımız niyə formalarını satışa ÇIXARMIRLAR? – SORĞU  

Hazırda oxunan: Klublarımız niyə formalarını satışa ÇIXARMIRLAR? – SORĞU  

145623

İdman konkret fəaliyyət sahəsi olmaqla yanaşı həm də hər birimizin hobbisidir. Elə bir insan tapılmaz ki, hansısa idman növünü sevməsin və yaxud hansısa idmançıya, kluba azarkeşlik etməsin. Azarkeşlərsə çox zaman öz dəstək və sevgilərini azarkeşlik etdikləri komandaların geyimləri ilə nümayiş etdirirlər. 

Hazırda addımbaşı  dünyanın aparıcı idmançılarının və idman klublarının formasını geyinmiş insanlarla rastlaşırıq. Bu adamlar arasında az da olsa yerli idman klublarının formasını da görürük. Bunlar əsasən “Qarabağ” və “Neftçi” fanatlarıdır. 
Digər klublarımızın formalarına isə rast gəlmək demək olar ki, müşkülə çevrilib. 

Məsələ ilə bağlı premyer liqa təmsilçilərinin mövqeyini öyrəndik. 

“Sabah” klubunun mətbuat katibi Elnur Həmidov Bizim.Media-ya açıqlamasında bildirib ki, əvvəlki mövsümlərdə, elə son mövsümdə də klubun onlayn mağazasında oyun formalarımızın satışı təşkil edilmişdi:
 

MÖVZU İLƏ BAĞLI:

AFFA Premyer Liqada komanda sayını ARTIRMAYACAQ - “İrəvan” klubu isə...


“Deyim ki, maraq gözləniləndən də çox oldu. Bir müddət öncə yeni formalarımızın təqdimatı oldu. Tezliklə, yeni mövsüm formalarımız da satışda olacaq. Onu da qeyd edim ki, klubun onlayn mağazasında nəinki oyun formaları, həmçinin klubun digər idman geyimlərinin satışı da təşkil edilib”.

“Zirə” klubunun mətbuat katibi Elmar Abdullazadənin açıqlaması çox qısa oldu: 

“Tələbat istənilən kimi deyil”.

“Qəbələ” klubunun mətbuat katibi Anar Hacılı isə bunları dedi:

“Bizim Qəbələdə fanşopumuz hər zaman fəaliyyət göstərib. Hazırda yeni geyimlə bağlı texniki tərəfdaşımız var. Bu bir məşhur Amerika şirkətidir. Bu barədə mediada məlumat vermişik. Yaxın gələcəkdə bu əməkdaşlıq çərçivəsində fanşopumuz yenilənəcək.
Buna qədər İspaniya şirkəti ilə əməkdaşlıq edirdik. Artıq yeni partnyorla yeni səhifə açmağa hazırlaşırıq.Yaxın vaxtlarda fanşopumuz Bakının bir neçə ünvanında və Qəbələdə fəaliyyətə başlayacaq”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO