"Qarabağ" və "Neftçi" dünya reytinqində gerilədi

Hazırda oxunan: "Qarabağ" və "Neftçi" dünya reytinqində gerilədi

145604

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Bizim.Media IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, 300 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən "Qarabağ" və "Neftçi" yer alıb.

“Köhlən atlar” ötən ayla müqayisədə 3 pillə geriləyib. Ölkə çempionu 138,5 xalla 74-cüdür.

67 xala malik "Neftçi" 4 sıra itirərək 291-ci olub.

Reytinqdə lider dəyişməyib. İspaniyanın “Real Madrid” klubu 315 xalla birincidir.

UEFA Çempionlar Liqasının qalibi olan İngiltərənin "Mançester Siti" komandası 311 xalla ikincidir. İlk "3-lüy"ü 296 xalla Braziliya təmsilçisi “Flamenqo” qapayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO