\

\"Neftçi\"nin yeni baş məşqçisi bəlli oldu

Hazırda oxunan: \"Neftçi\"nin yeni baş məşqçisi bəlli oldu

145450

“Neftçi”nin yeni baş məşqçisi bəlli olub.  

Bizim.Media xəbər verir ki, paytaxt klubu gözlənildiyi kimi rumıniyalı Adrian Mutu ilə müqavilə imzalayıb.  

Yeni çalışdırıcı artıq Rusiyada olan paytaxt klubunun düşərgəsinə yollanıb. Rumıniya mətbuatının yazdığına görə, Mutunun “Neftçi”dəki maaşı illik 650 min avro olacaq.  
Məşqçilik karyerasına nisbətən tez – 37 yaşında başlayan və baş məşqçi kimi sonuncu iş yeri Buxarestin “Rapid” klubu olan Mutu müxtəlif vaxtlarda ölkəsinin “Voluntari”, “Universitatea Krayova”, həmçinin BƏƏ-nin “Əl-Vəhdə” klubunda və Rumıniya millisinin gənclər komandasında işləyib. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO