Avropa Liqası: Kiyevin \

Avropa Liqası: Kiyevin \"Dinamo\"su öz meydanında uduzdu - NƏTİCƏLƏR - VİDEO

Hazırda oxunan: Avropa Liqası: Kiyevin \"Dinamo\"su öz meydanında uduzdu - NƏTİCƏLƏR - VİDEO

14480

Martın 11-də UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinə start verilib.

Bizim.Media xəbər verir ki, günün maraqla gözlənilən matçında "Mançester Yunayted" öz meydanında İtaliyanın "Milan" klubunu qəbul edib.

"Old Trafford" stadionunda baş tutan görüşdə qalib müəyyənləşməyib - 1:1.

Oyunda hesabı 50-ci dəqiqədə "Mançester Yuneyted" klubunun futbolçusu Amad Diallo açıb.

Görüşün son dəqiqəsində "Milan" komandası hesabı bərabərləşdirib. Simon Kiayer künc ötürməsindən sonra dəqiq baş zərbəsi ilə komandasını məğlubiyyətdən xilas edib.

Günün digər erkən başlayan görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

Slaviya" Praqa (Çexiya) - "Qlazqo Reyncers" (Şotlandiya) - 1:1;

"Dinamo" (Kiyev, Ukrayna) - "Vilyarreal" (İspaniya) - 0:2;

"Ayaks" (Niderland) - "Yanq Boyz" (İsveçrə) - 3:0.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO