“Sumqayıt” və “Turan Tovuz” basketbol komandası YARADIR 

“Sumqayıt” və “Turan Tovuz” basketbol komandası YARADIR 

Hazırda oxunan: “Sumqayıt” və “Turan Tovuz” basketbol komandası YARADIR 

144672

Yeni mövsümdən Azərbaycan basketbol liqasında komanda sayı artırılacaq.  

Bizim.Media xəbər verir ki, çempionatda iki yeni kollektiv mübarizə aparacaq.  

Həmin komandalardan birinin adı dəqiqləşib. Bu, Sumqayıt təmsilçisidir. Böyük ehtimalla, həmin komandanın adı elə "Sumqayıt" adlandırılacaq. İkinci komandanın da paytaxt təmsilçisi olmayacağı gözlənilir.  

Bundan başqa "Turan Tovuz"un da yüksək liqada oynamaq istəyində olduğu bildirilir. Yaxın günlərdə 10-cu komandanın kimliyinə aydınlıq gətiriləcək. Digər 8 komanda isə ötən mövsüm yüksək liqada mübarizə aparmış: “Sabah”, “Sərhədçi”, “Gəncə”, NTD, “Neftçi” İK, “Olimpik Şəki”, “AAAF Xırdalan”, “Zirvə Astara"dır. 
Bundan əlavə, ölkə çempionatında legioner limiti ilə bağlı dəyişiklik edilməyəcək. Azərbaycan Basketbol Federasiyası 2023/2024 mövsümündə də 3+2 limitinə üstünlük verəcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO